Qarabağ

Azad edilmiş ərazilərə avtobus marşrutları AÇILIR

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.

ENA.az-ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq.

Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir.

"Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur", - məlumatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department