ENA+

"Nəticələr gözlənilməz dərəcədə qabardıldı"

“Fizika fənnindən iki nəfər 95% doğru cavab verib, onlardan biri Neftçalanın Xıllı kənd məktəbindəndir. Bu, çox uğurlu və heç gözləmədiyimiz bir nəticədir”. 

"BI" xəbər verir ki, bu sözləri Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticəsini şərh edən zaman deyib. Şöbə müdiri bildirib ki, müsabiqədə yüksək nəticə göstərənlərə pul mükafatı nəzərdə tutulduğu üçün iştirak edənlərin sayı yüksək olub: 

“Elə bu imtahanların keçirilməsinin əsas məqsədi də budur. İstəyirdik ki, olimpiada imtahanlarına şagirdləri hazırlamaq üçün heç olmasa 10-15 müəllimi üzə çıxaraq. 

Pul mükafatı olub və hər müəllim özünü sınamaq istəyib. Olimpiada uşaqları hazırlamaq üçün biz hər zaman alimlərə müraciət edirik. Ancaq bizə baza lazımdır. Bu baza üçün də həmin müəllimləri müəyyən etməliyik. Müsabiqənin nəticəsini özümüz yaymışıq. Sadəcə gözlənilməz dərəcədə qabardıldı və yanlış müzakirələrə səbəb oldu”.

E. Əmrullayev onu da qeyd edib ki, son 5 ildə Azərbaycan məktəbliləri olimpiadalarda 140 medal qazanıblar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)