TURİZM

Azərbaycana turist axını dekabrda 2,5 dəfə artıb

2021-ci ildə Azərbaycana 790 062 turist səfər edib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 1% azdır.

İllik göstəricinin 97 748-i isə ötən ayın payına düşüb. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 2,5 dəfə çoxdur.

2019-cu illə müqayisədə ölkəyə turist axını 75%, həmin ilin dekabr ayına nisbətən isə 60% azalıb.

Bundan başqa, məlumatda deyilir ki, 2021-ci yanvar, fevral və mart aylarında 2020-ci ilin eyni dövrünə nisbətən turistlərin sayında müvafiq olaraq 84%, 82% və 52% azalma qeydə alınsa da, apreldə 133%, mayda 107%, iyunda 156%, iyulda 197%, avqustda 145%, sentyabrda 95%, oktyabrda 167%, noyabrda 136%, dekabrda isə 151% artım qeydə alınıb.

Eyni müqayisəni 2019-ci illə apardıqda burada bütün aylar üzrə geriləmə müşahidə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department