TURİZM

Bayram günlərində 10 mindən çox turist qəbul edib

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib.

Təntənəli Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti turistlərin zövqünü oxşayıb.

Şahdağ Turizm Mərkəzində yeddinci qış mövsümünə dekabrın 15-də start verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)