Marşrutlarda gedişhaqqı artırılıb? - Rəsmi cavab
Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.
ENA.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.
"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ''BakıKart'' vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir", - deyə M.Ağayev bildirib.