Gündəm

Tokayev bu gün xalqa müraciət edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev cümə günü ölkədəki vəziyyətlə bağlı xalqa müraciətlə çıxış edəcək.

ENA.az xəbər verir ki, “Bu gün nahar vaxtı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan xalqına müraciət edəcək”, – deyə dövlət başçısının rəsmi nümayəndəsi Berik Uali məlumat verib.

Qeyd edilir ki, müraciət respublika telekanallarının efirində nümayiş etdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)