Aqrar

Azərbaycan Avropanın IV böyük kənd təsərrüfatı sərgisində iştirak edəcək

Azərbaycan gələn il fevralın 2-6-da Türkiyədə I, Avropada isə IV böyük sərgi sayılan "Agroexpo" - Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq Sərgisində iştirak edəcək.

ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sərgi 80 ölkədən 774 istehsalçını və 126 min ziyarətçini bir araya gətirəcək. “Orion Fuarcılık Anonim Şirkəti”nin təşkil etdiyi bu sərgi sayca 17-ci olmaqla Türkiyənin aqrar sektorunu qlobal kənd təsərrüfatı ilə əlaqələndirəcək.

Sərgiyə giriş yalnız onlayn alınmış biletlərlə (www.agroexpo.com.tr) olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)