“Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb - TƏYİNAT
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Yəhya Babanlı vəzifəsindən çıxarılıb.
“BI” xəbər verir ki, bununla bağlı bu gün əmr imzalanıb. Onun yerinə isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Teymur Abdullayev təyin edilib.
Y.Babanlı saytımıza açıqlamasında məlumatı təkzib etməyib:
“Mən həftənin birinci günü işdə olacağam, həmin gün danışarıq, bütün suallarınıza onda cavab verəcəyəm”.