“Unibank” nizamnamə kapitalını artırıb
“Unibank” ASC nizamnamə kapitalını 4% - 130 milyon 686 min 357,6 manatadək artırıb. Bu barədə bankdan məlumat verilir.
Qeyd olunur ki, bank hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5milyon 1.92 manat məbləğində, 1milyon 838 236 min səhmin yerləşdirilməsini başa çatdırıb.
“Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub”, - bankdan vurğulanır.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, xüsusilə bankın əsas səhmadrı Eldar Qəribov bankın kapitalındakı payını 86,3839%-dan 86,6960%-dək artırıb.
Azərbaycan vətəndaşları olan fiziki şəxslərin payı 5,459%-dək artıb.
“Canley Finance S.A”-nın (Lüksemburq) payı 7,6004%-dən 7,3096%-dək azalıb. Kapitalda daha 0,5354% pay əcnəbi fiziki şəxslərə məxsusdur.
Xəbər verildiyi kimi, 2021-ci ilin avqust ayında “Unibank” ASC 30 milyon manat məbləğində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını mərhələli şəkildə 23,9% - 155 milyon 686,36 min manatadək artırmaq planları barədə elan edib.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Səhmdarları 9 fiziki və 1 hüquqi şəxsdir.