Gündəm

Avropa İttifaqının müdafiə strategiyası yenilənib

Avropa İttifaqı Avro-Atlantik regionda təhlükəsizliyin hüquqi təminatlarının inkişafı ilə bağlı Rusiyanın təklif etdiyi danışıqların iştirakçısı olmalıdır.

ENA.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi artıq Rusiya və ABŞ, eləcə də Avropa-NATO üzvləri arasında təhlükəsizlik zəmanətləri təklifi layihəsini dərc edib: “Aydındır ki, Avropa İttifaqı belə müzakirələrin tərkib hissəsi olmalıdır”.

Jozep Borrel əlavə edib ki, 2022-ci ilin yanvarında, Ukrayna və Belarusda baş verən hadisələri nəzərə alaraq Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə “Strateji Kompas” adlanan strateji müdafiə konsepsiyasının yenilənmiş layihəsini təqdim edəcək.

“Ukrayna və Belarus Avropanın üzləşdiyi təhdid növlərinin nümunəsinə çevrilib: hibrid taktika, güc mövqeyindən siyasət, hədə-qorxu və dezinformasiya. Bu, təkcə ayrı-ayrı ölkələrə və cəmiyyətlərə deyil, həm də Avropa təhlükəsizliyinin prinsiplərinə təsir edir. Son hadisələr göstərir ki, Aİ təcili olaraq təhlükəsizlik tədbirləri üçün öz potensialını və vasitələrini gücləndirməlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)