Azərbaycanda virtual lotereyalar keçiriləcək
Azərbaycanda “Lotoreyalar haqqında” qanuna “Virtual lotereya” anlayışı daxil edilir.
ENA.az xəbər verir ki, bu, qanuna əlavələr edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, virtual lotoreya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və (və yaxud) mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və yaxud) kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.
Bundan başqa, qanuna “Virtual mühit” anlayışı da daxil edilir. Söhbət lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalardan gedir.