Gündəm

Əriməyə başlamış Tueyts buzlağı dünya okeanı səviyyəsini 3 metrə qaldıra bilər

    Qlyasioloqlar (qlyasiologiya buzlaqların fəaliyyətini öyrənən elmQərbi Antarktidada yerləşən Tueyts buzlağını böyük qorğu ilə müşahidə edirlər. Müxtəlif hesablamalara əsasən əgər insan sivilizasiyasının bəxti gətirsə dünyanın ən geniş buzlağı olan Tueyts buzlağının əriməsi nəticəsində dünya okeanı səviyyəsi 0.6 metr qalxacaq. Əgər vəziyyət daha pis olsa, sözügedən buzlağın əriməsi nəticəsində dünya okeanı səviyyəsi 3 metr qalxacaq. Alimlər təyin ediblər ki, Tueyts buzlağı yaxın 5 il ərzində məhv ola bilər. Bu isə öz növbəsində Qərbi Antarktidanın buz örtüyünün stabilliyini pozacaq. Tueyts buzlağı Antarktidanın qərb sahili boyunca 120 km uzunluğa sahibdir. Sözügedən buzlaq iqlim dəyişikliyinə daha həssasdır və onun planetə təsiri məhvedici effekt yarada bilər. Bu buzlağın tədqiqatı ilə 2018-ci ildə təsis edilmiş və özündə yüzlərlə alimi birləşdirən ITGC adlı beynəlxalq təşkilat məşğul olur.

“Tueyts dünyanın ən geniş buzlağıdır. Son 30 ildə onun hərəkət sürəti iki dəfə yüksəlib və o, dünya okeanı səviyyəsinin 0.6 metrə yüksəlməsinə imkan verəcək yetəri su həcminə sahibdir. Lakin onun qonşu buzlaqları da özü ilə dartması nəticəsində dünya okean səviyyəsi 3 metrə yüksələ bilər” - deyə alimlər qeyd ediblər.

    Tueyts buzlağının əsas strukturlarından biri də qərbi şelf buzlağıdır. Suda üzən bu nəhəng buz kütləsi buzun okeana hərəkət sürətini aşağı salır. Şelf sualtı dağın üzərində yerləşir. Həmin sualtı dağ isə həm şelfi həm də buzlağın özünü nisbətən sakit vəziyyətdə saxlayır. Lakin ITGC təşkilatının tədqiqatçıları aşkar ediblər ki, Tueyts şelf buzlağı müxtəlif istiqamətlərdən hücuma məruz qalır. Nəticədə buzlağın altında dərin kanallar yaranır və həmin kanallar isti suyu buzlağın alt hissəsinə keçirdirlər. Nəticədə buzlaq əriməyə başlayır. Radarlar tərəfindən əldə olunmuş məlumatlara əsasən buzlağın mərkəzinə doğru uzun çatlar yaranıb və həmin çatların ölçüləri il boyu 2 km yüksəlir.

Ən pisi isə odur ki, sözügedən çatlar birbaşa nazik buzun olduğu yerə istiqamətləniblər. Nəticədə çatlar həmin yerdən bütün şelf buzlağı üzrə yayılırlar və sonda onun məhvinə gətirib çıxaracaqlar.

    Şelf buzlağının məhv olacağı halda Tueyts buzlağı dayaq hissədən məhrum olacaq. Buzlağın materik hissəsi də təhlükə altındadır. Alimlər buzun torpaq ilə birləşdiyi sahəni müşahidə edərək aşkar ediblər ki, həmin sahədə su daha ilıq və duzludur. Bununla yanaşı su buzu alt hissədən yuyub aparır. Alimlər Tueyts buzlağının quraqlığa tərəf tədricən hərəkət etməsi ssenarisini özündə birləşdirən kompüter modelləşdirməsini yaradıblar. Çox güman ki, okean boyunca hündür buz maneələri yaranacaqlar və həmin maneələri birbaşa suya düşəcəklər. Bu isə öz növbəsində Tueyts buzlağının tez zamanda məhv olmasına səbəb olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)