Türk lirəsini xilas etmək mümkün olacaqmı? Ərdoğan geniş müşavirə keçirəcək
Türk lirəsi bu gün yenidən çox böyük bir ucuzlaşma göstərib. Artıq 1 dollar /14 TL-ni ötüb və üzü yuxarı hərəkətdədir. 1 Avro isə 16 TL-ni keçib və bütün iş adamları bu vəziyyətdən narahatdırlar.
Bununla əlaqədar prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlu və dövlət banklarının baş müdirləri ilə görüşəcəyini bildirib. Görüşdə xəzinə və maliyyə naziri Nurəddin Nəbatinin də iclasda iştirak edəcəyini bildiriblər.
Görüşün Bakı vaxtilə saat 16:00-da İstanbuldakı Prezident Vahdettin Köşkündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin milli valyutasının dəyərsizləşməsi bir tərəfdən Türkiyə məhsul və xidmətlərinin rəqabətdə önə çıxartsa da digər tərəfdən əhalinin dolanışında mənfi nəticələr ortaya qoymaqdadır.
Son beş ildə avro yüzdə 330, dollar isə 297 faiz bahalaşıb. Bu prosesdə minimum əmək haqqının dollar ekvivalenti 430 dollardan 200 dollara enərkən, 2016-cı ildə 155 TL olan illik pasport rüsumu 2022-ci il üçün 455 TL-ə yüksəlib.