Azərbaycanda idxal rüsumları Gürcüstandakından 7,5% yüksəkdi: NİYƏ?
Azərbaycanda idxal rüsumlarının orta dərəcəsi 9.2% təşkil edir. Bu göstərici aqrar mənşəli məhsullar üzrə 11.1%, qeyri-aqrar əmtəələr üzrə 8.9% təşkil edir.
Bu göstərci yükəkdir, ya aşağı?
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, müqayisəni başqa ölkələr əsasında aparmaqla mənzərəni aydınlaşdırmaq olar. İdxal rusumunun orta dərəcəsi ilə ölkələrin inkişaf səviyyəsi arasında əlaqə olduğunu qeyd edən ekspert inkişaf səviyyəsi yüksək olan və ya davamlı iqtisadi inkişafı hədəfləyən, dünya iqtisadiyyatına bazar qaydaları və sağlam rəqabət əsasında inteqrasiya etməyə çalışan ölkələrdə orta tarif dərəcəsinin daha aşağı olduğunu bildirib.
Müqayisə üçün statistika:
İsveçrə - 1.7%
Gürcüstan - 1.7%
Norveç - 2.3%
ABŞ - 2,5%
Avstraliya - 2.5%
Avropa Birliyi - 2.9%
İsrail - 3.1%
Ukrayna - 3.2%
Çin - 3.4%
Türkiyə - 4.7%
Qazaxıstan - 4.8%
Rusiya - 5.5%
Ermənistan - 5.7%
Azərbaycan - 9.2%
Pakistan - 9.6%
Qana - 11%
Niger -11%
Misir - 12.4%
İran - 13%
Sierra Leone - 13,2%
Uqanda - 13,6%
Fici - 14.9%
Zimbabve - 67,7%
Rəqabətli iqtisadiyyat yarada bilməyən, büdcəsini idxal mallarının gömrük yığımları hesabına doldurmağa çalışan ölkələrin yüksək gömrük tariflərini tətbiq etmək üçün ən populyar arqumenti: daxili bazarımızı və yerli sahibkarımızı qoruyuruq. Sanki o birilərinin daxili bazarı və milli sahibkarı yoxdur...