Azərbaycanda 4 faydalı qazıntı yatağı hərracda satılıb
Dekabrın 9-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
ENA.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hərracda Qaradağ rayonunun “Çənlibel” və “Karvansaray” mişar daşı yataqlarının müvafiq olaraq 7 və 8 hektar sahəsi, Hacıqabul rayonunda yerləşən “Atbulaq-1” sement xammalı yatağının 5 hektar sahəsi, Şəmkir rayonunun “Şəmkir qranodiorit” yatağının 5,1 hektar sahəsi istifadəyə verilib.
Hərrac qaydasında istifadəyə verilmiş faydalı qazıntı yataqları üzrə qaliblərin siyahısı:
N | Yatağın adı | LOT | Həcmi | Sahəsi | Faydalı qazıntının növü | İstismar müddəti | Başlanğıc qiyməti (manatla) | Yekun qiyməti (manatla) | Hərracın qalibi |
Hacıqabul rayonu “Atbulaq-1” sement xammalı yatağı | |||||||||
1 | Atbulaq-1 | LOT-1 | 150 000 m3 | 5.0 ha | Sement xammalı | 25 ilə qədər | 15 000 | 15 000 | "AZTİMONT" ASC |
Qaradağ rayonu “Çənlibel” mişar daşı yatağı | |||||||||
1 | Çənlibel | LOT-1 | 25 740 m3 | 1.3 ha | Mişar daşı | 25 ilə qədər | 5 150 | 5 150 | Fiziki şəxs: Məmmədov Məmməd Qənimət oğlu |
2 | Çənlibel | LOT-2 | 46 900 m3 | 3 ha | Mişar daşı | 25 ilə qədər | 9 400 | 9 400 | Fiziki şəxs: Məmmədov Məmməd Qənimət oğlu |
3 | Çənlibel | LOT-3 | 57 915 m3 | 2.7 ha | Mişar daşı | 25 ilə qədər | 11 590 | 11 590 | Fiziki şəxs: Əliyev Əli Nəci oğlu |
Qaradağ rayonu “Karvansaray” mişar daşı yatağı | |||||||||
1 | Karvansaray | LOT-1 | 105 900 m3 | 3.5 ha | Mişar daşı | 25 ilə qədər | 21 200 | 21 200 | "BEHBUD 2021" MMC |
2 | Karvansaray | LOT-2 | 104 000 m3 | 4.5 ha | Mişar daşı | 25 ilə qədər | 20 800 | 20 800 | "TƏRLAN 2021" MMC |
Şəmkir rayonu “Şəmkir qranodiorit” qranodiorit yatağı | |||||||||
1 | Şəmkir qranodiorit | LOT-1 | 949 450 m3 | 5.1 ha | qranodiorit | 25 ilə qədər | 94 950 | 94 950 | "AZTİKİNTİYOL" MMC |
Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 14, 24 dekabr və 17 yanvar tarixlərində keçiriləcək.
Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 %-i miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.