BİZNES

Azərbaycan xaricə gübrə satışını 6 dəfədən çox artırıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana $39.15 mln. dəyərində 116 min ton gübrə idxal olunub.

ENA.az-ın Dövlət Gömrük Komitəsinin təqdm etdiyi statistikaya əsasən apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 54.8%, həcm ifadəsində isə 60.7% azdır.

Qeyd edək ki, bu ilin ilk rübündə gübrə idxalının ümumi idxalda payı 0.42% təşkil edib.

Lakin cari ilin ilk 10 ayında Azərbaycandan $72.40 mln. dəyərində gübrə ixrac olunub və bu, illik müqayisədə 670.2% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)