Avro yeni dizaynda buraxılacaq

Avropa Mərkəzi Bankı 20 ildən sonra ilk dəfə əskinaslarının dizaynını dəyişir.
ENA.az xəbər verir ki, bu barədə məlumatı ECB-nin 65 yaşlı prezidenti Kristin Laqard bildirib.
“Avro əskinaslarının dövriyyəyə buraxılmasından təxminən iyirmi il keçir” – deyə Laqard qeyd edir.
O bildidir ki, bütün ictimai rəyi nəzərə alaraq “yaşlar və üslublar”ı ehtiva edən avro əskinaslarını dövriyyəyə çıxaracaqlar.
ECB 2024-cü ildən yeni dizaynda əskinasların dövriyyəyə buraxılacağını açıqlayıb.