"Bakı Fond Birjası"nın dövriyyəsi 24% artıb
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 148,1 milyon manat təşkil edib.
ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub.