MALİYYƏ

“Mol Bulak”ın rəhbəri dəyişib

Mol Bulak” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Vüsal Qaragözov vəzifəsindən azad edilib.

BI” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, onu Nadir Ağamedov əvəz edib.

Xatırladaq ki, “Mol Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,408 mln. manatdır. Kredit təşkilatının təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)