“Azərpoçt” bəzi maliyyə xidmətlərinin tariflərində dəyişiklik edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC bu aydan bəzi maliyyə xidmətlərində dəyişiklik edib.
ENA.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, "Poçt haqqında” qanunun 9.4-cü maddəsinə müvafiq olaraq “Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.
Yeni qərara əsasən artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir. Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.
“Azərpoçt”un tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.