Hadisə

“Azərpoçt”un şöbə rəisi külli miqdarda mənimsəmədə ittiham olunur

“Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb.

Şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

E. Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)