Azərbaycanda yeni lombard şirkəti yaradılıb
Bakı şəhərində “KrediLombard” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı lombard şirkəti təsis edilib.
ENA.az xəbər verir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (DVX-nin) tərəfindən şirkət Bakı şəhəri Nərimanov rayonu, Ak.Həsən Əliyev, ev 33, m. 37 ünvanında dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Novruz Verdiyev Qulam oğlu edəcək.