İqtisadiyyat Nazirliyi süni intellekt üzrə tədbir təşkil edib
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən 2021-ci ilin oktyabr ayından başlayaraq, süni intellekt və maşın öyrənməsinə həsr olunmuş “frAIday” tədbirləri təşkil edilir. Məqsəd bu sahədə dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə süni intellekt və maşın öyrənməsi sahəsinin inkişafına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.
ENA.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Növbəti tədbir noyabrın 26-da keçirilib. Vörkşop formatında təşkil olunan tədbir maşın öyrənməsi layihələrinin hazırlanmasının başdan sonadək (“End-to-end Machine Learning”) əsas mərhələləri – məlumatların (data) oxunması, vizuallaşdırılması, model və dəyişənlərin seçilməsi, həmçinin nəticə barədə məlumat verilib, müzakirələr aparılıb, izləyicilərin sualları cavablandırılıb.