Neft Fondu sığortaçı seçir
Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortası üçün təkliflər sorğusu elan edib.
ENA.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 13-ü, saat 18:00-a qədər Fondun Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Maraqlanan təşkilatlar (012) 565-87-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.