Axtar

Üç ölkədə koronavirusun yeni təhlükəli ştamı aşkar edilib

Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.

ENA.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33