1 lirə 13 qəpiyə düşüb
Noyabrın 24-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 10.4% azalaraq 0.1334 manat təşkil edib.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
Noyabrın əvvəli ilə müqayisədə isə lirənin manata qarşı məzənnəsi 25% dəyər itirib. 2021-ci ilin noyabrın 1-də lirənin məzənnəsi 0.1771 manat olub.