Bank

Mərkəzi Bank Pakistan bankının Azərbaycandakı törəməsinə lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “MCB” QSC bank olmayan kredit təşkilatına lisenziya verilib.

E.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.

Xatırladaq ki, “MCB” 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi yaradılıb, 2019-cu ilin aprel ayında isə BOKT-a çevrilib. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın “MCB Bank”ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)