Açar itirmək, pul kisəsi oğurlatmaq problemi bitdi - YENİLİK
İsveçrə əhalisi kütləvi şəkildə əllərinə çip taxdırmağa başlayıb.
"BI" xəbər verir ki, baş barmaq ilə şəhadət barmağının arasına taxılan mikroçip insanın daima üzərində gəzdirdiyi plastik kartlarını, açarlarını, vəsiqələrini əvəzləyir. Əgər 1 il əvvəl 100 nəfər bu üsula əl atırdısa, verilən xəbərə görə hazırda onların sayı 4 mini keçib.
Eləcə də bax: "Həkimlərimiz 5-6 min manat maaş alır"
Çipin əsas xüsusiyyətləri:
•O, elektron pul kisəsini, bank kartlarını, açarları və keçid kartlarını əvəzləyir. Bu çipin köməyilə əlinizi terminala yaxınlaşdıraraq ödəniş edə bilərsiniz.
•Çip düyü dənəsi kiçikliyindədir.
•Qiyməti təxminən 180 $ təşkil edir, bəzi kampaniyalar isə onu öz əməkdaşlarına pulsuz təklif edirlər.
•Bu çipdə GPS yoxdur, buna görə də insanı onun vasitəsilə izləmək mümkün deyil.
•Çip insan aparatdan bir neçə sm aralı olduqda informasiya ötürür. Buna görə də məlumatların oğurlanması praktiki olaraq mümkün deyil.
Çip sayəsində insanlar açarları, plastik kartları evdə qoymaq, itirmək, oğurlatmaq problemindən azad olublar. Belə ki, insanlar bu qurğunun sayəsində dəqiqələrlə çantada nə isə axtarmaqdan yaxa qurtara biləcəklər.
(c) Medicina.az