Ermənilər öz itkilərini elan etdilər - 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil
Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhədin Laçın-Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı erməni ordusunun verdiyi itkilər barədə rəsmi məlumat yayıb.
ENA.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, noyabrın 17-i səhər saatlarına qədər 1 hərbçinin öldüyü dəqiqləşib, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçisinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.
Bildirilir ki, hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə “situasiyanın nizamlanması və əsir əsgərlərin qaytarılması” barədə danışıqlar gedir.