Cabbarov: “Sənaye zonalarından qeyri-neft ixracı 2 dəfə artıb”
“Əgər 2017-ci ildə ölkədəki sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisinin 3,2% idisə, hazırda 14,2%-dir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.
Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı isə 18%-dir.
“Bu ilin 9 ayında sənaye zonalarından ixrac olunan qeyri-neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox - 320 milyon ABŞ dolları təşkil edib”, - deyə o, qeyd edib.