Optimal Electronics işçi axtarır - VAKANSİYA
Mağaza müdiri (Elektronika)
Tələblər:
- Mağazanın idarə ediləsi sahəsində azı 3 il iş təcrübəsi;
- Komandanın idarə edilməsi təcrübəsi;
- Satış sahəsinə dair nəzəri və praktik biliklər;
- Satışın Planlanması və Planın icrasına dair təcrübə;
- Azərbaycan və rus dillərini səlis bilməli.
Əsas vəzifələr:
- Mağazanın daxilində pozitiv komanda ruhunun yaradılması;
- Satışın effektiv həyata keçirilməsi;
- Mağaza işçilərinin davamiyyətinin izlənilməsi;
- İşçilərə iş yerində təlimlərin keçirilməsi;
- Şirkət tərəfindən təyin olunan mağaza satış hədəflərinin müəyyənləşdirilməsində fəal iştirak edir.
- Mağaza satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir;
- Mağaza satışlarının artırılması məqsədilə müxtəlif proqram və layihələr hazırlayır, onları müzakirə üçün departamentə təqdim edir.
- Müstəqil bazar araşdırmaları aparır, rəqiblər barədə məlumatlar toplayır, onları müvafiq struktur vahidlərinə göndərir;
- Şirkətin müvafiq departamentlərinə hesabatların verilməsi;
- Mağazanın işçi heyətinin effektiv idarə edilməsi;
Biz Sizə təklif edirik:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 6 iş günü, 1 gün istirahət
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.