Sənaye

Azərbaycanda polisin maaşının iki dəfə artırılması təklif edilib

Azərbaycanda polis işçilərinin maaşlarının artırılması təklif edilib.

Bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, polisin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”.

Q.Həsənquliyev həmçinin qeyd edib ki, yay aylarında Türkiyədə və Azərbaycanda baş verən yanğınlarda FHN-nin işçiləri çox böyük fədakarlıqlar göstəriblər. Deputat yeni amfibiya təyyarələrinin və helikopterlərin alınmasını da təklif edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)