Maaş, pensiya, müavinət və təqaüdlərin artırılmasına 1,5 mlrd manata yaxın vəsait xərclənəcək
Gələn il Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün dövlət büdcəsindən 1441 milyard manat xərclənəcək.
bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməli idi.