Bank

"İnflyasiya aktivləşməsi halında pul siyasəti sərtləşə bilər"

İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür.  


"BI"nin məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir. 

Bəyanatda qeyd edilib ki, faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcəkdir. İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiyon artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaqdır. 


Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin stabilləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcəkdir. Bunun üçün pul siyasətinin effektiv kommunikasiyası və şəffalıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılacaq, öncədən açıqlanmış qrafiklə pul siyasəti qərarları ictimaiyyətə təqdim ediləcəkdir. Kommunikasiya effektinin gücləndirilməsindəki rolunu nəzərə alaraq iqtisadi və maliyyə maariflənməsinin yüksəldilməsi istiqamətində tədbirlər də davam etdiriləcəkdir.    

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department