Sosial iqtisadiyyat

Bütün vergi ödəyiciləri üçün bank məlumatlarının təqdim edilməsi məcburi olacaq

Vergi öhdəliklərinin müəyyən edilməsi üçün aylıq məlumatlar bank əməliyyatları aparan şəxslər tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək quruma təqdim edilməlidir.

ENA.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin aylıq məlumatları banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq quruma təqdim edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)