Bank

Elman Rüstəmov: "Əksinə, manatın bahalaşması üçün əhəmiyyətli təzyiq var"

Elman Rüstəmov Azərbaycanda manatın məzənnəsinə heç bir təhdid və təzyiq olmadığını dedi.

ENA.az.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi press-konfrasında deyib.

“Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm”.Adətən ilin sonunda və ya əvvəlində belə şaiyələr yayılır. AMB-nin sədri deyir ki, təxminən 5-6 ildir ki, manatın məzənnəsi ilə bağlı belə proqnozlar verilir.

“Siz analiz edin ki, son 5 ildə belə iddialar yayılıb və nəticəsi nə olub. Açıq deyim ki, hökumətlə, AMB ilə münasibətlərin də öz etik həddi var. Əgər hansısa qərar olsa qurum özü məlumat yayar”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department