Baş nazir yeni komissiya yaratdı
Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb.
ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.
Komissiyaya tapşırılıb ki, Azərbaycan Respublikasının mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılacaq.
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Müəyyən edilib ki, Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.