AccessBank-la əmanətini sərbəst idarə et!
AccessBank-da əmanət yerləşdirmək həm etibarlıdır, həm də qazandıran. Bankın Əlverişli əmanət depozit məhsuluna yatırım etməklə müştərilər pullarından gəlir əldə etməklə bərabər, həm əmanət məbləğini istənilən zaman artıra, həm də ondan rahat şəkildə istifadə edə bilirlər. Üstəlik müddət və məbləğ limiti də yoxdur.
Əlverişli əmanətin şərtləri:
- Əmanətin valyutası: AZN/USD
- Minimal ilkin əmanət: 1 000 AZN/USD
- Əmanətin müddəti: Müddətsiz
- Maksimal faiz dərəcəsi: AZN-6%; USD-1%
- Faizlərinin ödənişi: Hər ayın sonunda
AccessBank-a depozit yerləşdirməyin üstünlükləri:
- Tamamilə beynəlxalq səhmdarlara malik bankın müştərisi olursunuz.
- Sərfəli depozit faizi əldə edirsiniz.
- Banka yerləşdirilən depozitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.
“Əlverişli əmanət” haqqında ətraflı məlumat:
https://www.accessbank.az/az/private/deposits/profitable-deposits/
“Əlverişli əmanət” sifariş vermək üçün:
https://www.accessbank.az/az/online-deposit-request/
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.