Qarabağ

Azad edilən ərazilərə investorların cəlb olunması ilə bağlı yeni strategiya hazırlanır

“Bizim 5 illik hədəfimiz azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişafına nail olmaqdır. İnvestorların cəlb olunması üçün isə həmin ərazilərimiz ilk növbədə iqtisadi cəhətdən cəlbedici olmalıdır”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan hökuməti tərəfindən yeni strategiya hazırlanır: “Milli Məclisdə qanunların təkmilləşdirilməsi, investorların stimullaşdırılması və bura gəlməsi üçün qanunvercilik bazasının hazırlanması istiqamətində çox ciddi işlər aparılır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)