Türkiyə turistlərə yeni vergi - TƏTBİQ EDƏCƏK
2019-cu il yanvarın 1-dən etibarən Türkiyənin turistlərə 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edəcəyi gözlənilir.
"BI" xəbər verir ki, əvvəlcə hər bir turist üçün 3 avroluq vergi tətbiq edilməli idi. TURSAB turizm agentlikləri birliyi, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Hersoya vergini azaltmaq üçün müraciət edib. Nəqliyyat Nazirliyi və İnfrastruktur Nazirliyi ilə danışıqlar aparıldıqdan sonra verginin 3 avrodan 1,5 avroya endirilməsi barədə qərar verilib.
TURSAB-ın rəhbəri Firuz Balıkaya bildirib ki, oktyabr ayından etibarən 2019-cu il üçün tur paketlər yeni vergi nəzərə alınmadan üç ay ərzində satılıb: “Milyonlarla xarici turist bu tur paketləri satın alıb. Əgər bu xərc tur operatorlara tətbiq olunarsa, onlar milyonlarla avro ödəməlidirlər ".