Vakansiyalar

"Para BOKT" işçi axtarır - VAKANSİYA

Vəzifə: Masallı, Cəlilabad filialları üzrə menecer

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• Bank sektorunda azı  2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Əsas vəzifə və öhdəliklər:

• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün  Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş  hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə  limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil   prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində  kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

CV-ləri Masallı, Cəlilabad filialları üzrə menecer mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department