ARDNF investisiya portfelində ABŞ dollarının payını artırıb
Bu il oktyabrın 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 44,226 milyard ABŞ dolları təşkil edib.
ENA.az Fonda istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,9% çoxdur.
Sentyabrın sonuna ARDNF-in investisiya portfelində ABŞ dollarınım payı 69,1% olub. Bu isə 1 il əvvələ nisbətən 0,7 faiz bəndi çoxdur.
Əvəzində Fond portfeldə avronun payı isə 1 faiz bəndi azaldaraq 20,5%-dən 19,5%-ə endirib. Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı da 0,2 faiz bəndi azalaraq 5,1 %-dən 4,9%-ə düşüb.
Digər xarici valyutalara gəlincə isə, Avstraliya dollarının və Türkiyə lirəsinin payları dəyişməyərək hər biri 0,6% qalıb, Rusiya rublunun payı 0,5%-dan 0,7%-ə, Çin yuanının payı 1,2%-dən 1,3%-ə, Yaponiya yeninin payı 1,5%-dən 1,4%-ə düşüb, digər valyutaların payı isə 1,6%-dan 1,9%-ə dəyişib.