İlon Mask ilk trilyonçu ola bilər – Morgan Stanley
İlon Mask “SpaceX” kosmik şirkəti sayəsində dünyanın ilk trilyonçusu ola bilər.
ENA.az xəbər verir ki, bu barədə “Morgan Stanley” maliyyə konqlomeratının analitiki Adam Conas məlumat verib.
“Texnoloji inkişaflar kosmos sənayesinin investisiya gözləntilərini dəyişdirmək potensialına malikdir. Bir müştəri dediyi kimi, “Starship-dən qabaq kosmosdan danışmaq – Google-dan qabaq internet haqqında danışmaq kimidir”.
Analitik “SpaceX”in “mühərriklərin və dəstəkləyici infrastrukturun imkanları ilə bağlı “hər hansı bir ideyaya meydan oxuduğunu” hesab edir.
“Bəzi müştərilərimiz Maskın ilk trilyonçu olacağı təqdirdə, bunun Tesla” ilə əlaqəli olmayacağını söyləyir. Digərləri isə SpaceX-in təkcə kosmos sənayesində deyil, bütün dünyada ən bahalı şirkətə çevriləcəyini proqnozlaşdırır”, – deyə Adam Conas əlavə edib.
Qeyd edək ki, Maskı daha əvvəl də ilk trilyonçu adlandırıblar, lakin onda analitiklər daha çox “Tesla” səhmlərinə bahis ediblər.