Bank

Xalq Bank "ölmüş kreditləri diriltməyə" çalışır: alınan faiz gəlirləri artıb

Daha çox korporativ bankçılıqla məşğul olan "Xalq Bank"ın aktivlərinin kiçilməsi prosesi davam edir. Bank hazırda daha çox verdiyi kreditlər üzrə faizlərini almağa çalışır və 2021-ci ilin üçüncü rübü üzrə göstəricilərdə bu rəqəm diqqəti çəkir.

Kreditləri yığmağa çalışır 

2020-ci ildə pandemiyanın biznesi vurması ilə əlaqədar, bankın aldığı faizlər 12 milyon manat az idi. Yəni, bu ilin doqquz ayında bank 19 milyon 865 milyon 444 min manat faiz gəliri əldə edibsə, keçən il bu rəqəm 7 milyon 600 min 614.56 manat idi. Kreditlərin geri qaytarılması ilə bağlı cəhdlər məqsədli ehtiyatlar üzrə rəqəmlərdə də görünür. Bir il əvvəl 34 milyon manat ehtiyat yaradılmışdısa, hazırda bunun səviyyəsi 23 milyon manata düşüb.

Kredit portfeli kiçilir

 “Xalq Bank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 5,6% – 2 milyard 221,242 milyon manata qədər azaldıb. Azalma daha çox kredit portfelinin kiçilməsi hesabına baş verib. Belə ki, 30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 1 milyard 413,848 milyon manata düşüb, yəni 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 4,2% azalıb. Eyni zamanda, bank digər maliyyə qurumlarındakı depozitlərini geri çəkib. 24 milyon 646 min manat depozitdən hazırda cəmi 1 milyon 261 min manat depozit qalıb. Həmçinin 1 il ərzxində 47 milyon manatlıq qiymətli kağızlarını da satıb və bu da aktivlərin azalmasında müəyyən paya malik olub.

Depozit portfeli yenə azalır

Sentyabr ayının sonuna bankın öhdəlikləri 7,3% azalaraq 1 milyard 776,342 milyon manata düşüb. Ötən doqquz ayda depozit portfeli 1 milyard 426,132 milyon manat və ya 10,3% azalıb. Bank digər maliyyə qurumlarından aldığı depozitləri 48 milıyon manatdan 65 milyon manatadək artırıb. Eyni zamanada, 210 milyon manata yaxın kredit borcu mövcuddur.

30 sentyabr 2021-ci il tarixinə "Xalq Bank"ın kapitalı 1,9% artaraq 444,9 milyon manata çatıb. Nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.

Xalis mənfəəti 45% azalıb 

Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 14 milyon 243,46 min manat olub. Bu ötən ilin eyni dövründəkindən 45,1% azdır. Bankın faiz gəlirləri 69 milyon 715 min manat, qeyri faiz gəlirləri 8 milyon 838 min manat olub. Faiz xərcləri 14 milyon 155 min manat, qeyri-faiz xərcləri 40 milyon 174 min manat təşkil edib. Nəticədə bank 24 milyon manat əməliyyat mənfəəti əldə edib. Mənfəətdən 4413 min manat vergi ödəyib.

"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)