Qarabağ

Azərbaycan Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edib.

O deyib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi vacibdir. 

“Ermənistandakı revanşist qüvvələrə tövsiyəmiz ondan ibarətdir ki, yanlış yolla getməsinlər. İmzalanmış sənədin yerinə yetirilməsi vacibdir”, - Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)