Birja

Bitkoinin qiyməti 62 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 63 min ABŞ dollarına yaxınlaşıb.

Kriptovalyuta son 24 saat ərzində 2,85 %, son gün ərzində isə 10,8 % bahalaşaraq 62,4 min ABŞ dollarına satılıb.

Nəticədə onun bazar dəyəri 1,18 trilyon ABŞ dollarını keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,4 % artaraq 3,9 min ABŞ dollarına çatıb.

Kriptovalyuta bazarının toplam dəyəri 2,5 trilyon ABŞ dollarını keçib.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 10:15-ə olan məlumatları aşağıdakı kimidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)