Azərbaycanda yumurta 7%-dən çox bahalaşıb
Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları avqust ayı ilə müqayisədə 2,6% bahalaşıb.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qiymət artımı ayrı-ayrı ərzaq məhsullarında müxtəlif olub. Belə ki, ötən ay çörək, çörək məmulatları və yarmalar 1,8% , ət və ət məhsulları 0,6%, balıq və balıq məhsulları 1,3%, süd və süd məhsulları 0,8%, yumurta 7,3%, kərə və bitki yağları 0,5%, tərəvəz 13,5%, qənd, cem, bal, şokolad və konfetlər 0,8%, çay, qəhvə, kakao 2,1%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,8%, spirtli içkilər 0,4% bahalaşıb, meybə 0,2% ucuzlaşıb, tütün məmulatlarının qiymətləri isə dəyişməyib.