Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

“Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var”

“Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var”

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib”.

ENA.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb:

“Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə