Yelo Bank işçi axtarır - VAKANSİYA
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məhsulların inkişafı departamentində Kart məhsullarının yaradılması üzrə Menecer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kart məhsulları_Menecer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: Kart məhsullarının yaradılması üzrə Menecer
Bilavasitə tabeçiliyi: Departament rəhbəri və/ və ya İdarə Heyətinin müavini
Vəzifə öhdəlikləri:
- Yeni kart məhsulların “end to end” yaradılması və inkişafı;
- Elektron kommersiya (E-com/E-commerce) xidmətinin tədbiqi, inkişafı;
- Visa, Mastercard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni lahiyələrin müəyyənləşdırılməsi, tədbiqi və aparılması;
- ATM şəbəkəsinin genişləndirilməsi, bu xidmətlər üzrə yeni partnyorların cəlb edilməsində iştirak;
- Bank əməkdaşlıq etdiyi yerli ödəniş sistemi ilə (Azericard) əməkdaşlığın aparılması, inkişafı;
- Kart məhsullarının, Ekvairinq, POS terminal, ATM xidmətlərinin gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
- Bankın kart məhsullarının stabil qaydada işlənməsini təmin etmək, yaranmış texniki səhvləri müəyyənləşdirmək, aradan qaldırmaq;
- Bank kartlarının anbarını idarə etmək və müvafiq biznes tələblərini bilərək lazımi sayda kartlarla bankı təmin etmək;
- Kart məhsulları və xidmətləri, E-com üzrə bankın tarif politikasının müəyyənləşdirilməsi;
- VTS (Visa token systems) xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;
- Tələb olunduğu halda Apple pay xidmətinin bankda tədbiqi, nəzarəti, inkişafı;
- Tələb olunduğu halda Visa Direct, Master Card Money send və digər olan layıhilərin aparılması, xidmətlərin tədbiqi, nəzarəti, inkişafı;
- Kart məhsullarına aid bütün bizness və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
- Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
- Kart məhsulları üzrə bazarın araşdırılması və onların nəticəsi əsasında məhsulların və xidmətlərin inkişafı;
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 3 il təcrübə;
- Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
- Ödəniş sistemləri (Visa, Master card, Azericard, Millicard) ilə iş təcrübəsi;
- E-commerce, VTS xidmətlərinin tədbiqində praktikanın olması qarşılanır;
- Biznes yönümlü;
- Analitik düçüncə;
- Problemləri həll etmək bacarığı;
- Yeni kart məhsullunun end to end yaradılması bacarığı;
- Komandada işləmək və idarəçilik bacarığı;
- Telescope sistemində işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.