Sığorta

İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası üçün təkliflər sorğusu elan edib.

ENA.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 17-si, saat 18:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 598-11-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)